DAMLA FM HAQQINDA MƏLUMAT
13 iyul 2016 cı ildə fəaliyyətə başlayıb. Məqsədimiz İslam dininin təməlində olan
sülh, sevgi və tolerantlıq mesajını bəşəriyyətə çatdırmaqdır. Bu baxımdan biz
İslamı başa düşmək və yaşamaq istəyən hər kəsi əhatə etməyə, bilik və idrakı
artırmağa çalışırıq.
Radiomuz
İslam dininin təbliği ilə yanaşı,
İslama zidd olan bütün ideologiyalara qarşı mübarizə aparır. Mediamız
tolerantlığa, ədalətə və insan haqlarına əsaslanan mövqe tutur. Biz media qurumu olaraq ictimaiyyəti
məlumatlandırırıq, qərəzləri qırırıq və sülh şəraitində birlikdə yaşamağın
vacibliyini vurğulayırıq.
Radiomuz dinləyicilərə
xüsusi proqramlar və müzakirələrlə zənginləşdirilmiş məzmunlar təqdim edir. Dinləyicilərin bilik səviyyəsini
yüksəltməyi hədəfləyirik. Bundan əlavə, müxtəlif məsələləri müzakirə etməklə cəmiyyətdə fikir
formalaşdırıb cəmiyyəti maarifləndirmək istəyirik.
İslam dəyərlərini müdafiə etməklə yanaşı, hər kəsi əhatə edən
bir yanaşma ilə irəliləməyə davam edəcəyik.